<?xml version="1.0" encoding="UTF-8"?><song><lyrics>[V1]
 İztirablı, ümidsiz günlərimdə
 Qarşımda işığı görməmişəm mən.
 Ruhum sıxıntıda əzab çəkirdi,
 İndi yalvarışla qarşındayam mən.

[C1]
   Nə xoşbəxtəm Məsihdəyəm,
   Nə qədər xoşbəxtəm Onda yaşaram,
   Onunla birəm, nə xoşbəxtəm mən.

[V2]
 Sən ey həlim, təvazökar Məsihim,
 Ürəyimə təcəssüm edilmisən.
 Bütün əzablara dözməyim üçün
 Sən mənə ümid və qüvvət verirsən.

[V3]
 Kimdir mənə kömək iztirabımda,
 Kimdir şəfqət ilə yardımçım olan?
 Sonsuz məhəbbətlə çətin anımda
 Mənə dayaq olan, məni qoruyan.

[V4]
 Hərdən çətin olur mənə həyatda
 Deyirəm, Allahım eşitmir məni.
 Ruhumsa bu zaman söyləyir mənə,
 Mən səni sevirəm, atmaram heç vaxt.</lyrics>
<title>İztirablı, ümidsiz günlərimdə İL468</title>
<hymn_number>468</hymn_number>
</song>